“Utair” Moskva-Gəncə reyslərinin sayını artırıb

Rusiyanın “Utair” aviaşirkəti Moskva-Gəncə reyslərinin sayını artırıb.

Reyslərin sayı həftədə 3 dəfədən 5 dəfəyədək artırılıb. Əlavə reyslər çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək.

Biletləri “Utair.ru” saytından əldə etmək olar. Səyahət vaxtı 3 saat 45 dəqiqədir.

Qeyd edək ki, “Utair” müxtəlif şəhərlərdən Gəncə, Naxçıvan və Bakıya birbaşa reyslər həyata keçirir.