![“Azəriqaz”ın baş direktoru bu ilin 6 ayı üzrə hesabat verdi](https://index.az/wp-content/uploads/2022/07/bf3d64a6-8b60-47f7-acb6-5a6a5eddc24a.jpg)
Hər həftənin cümə günü saat 11:00-da SOCAR “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunan “AÇIQ QAPI” aksiyası növbəti dəfə baş tutub.
İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, birliyin baş direktoru Ruslan Əliyev 2022-ci ilin yanvar-iyun ayları üzrə hesabatı media nümayəndələrinin diqqətinə çatdırıb.
Birlik rəhbəri bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilki itkilərdə 3 faiz azalma müşahidə olunub. Yığım səviyyəsində isə əldə olunan nəticə 18 faiz təşkil edir.
Baş direktor məlumat verib ki, başa vurduğumuz 6 ay ərzində 371 məscid və digər dini məbədlərə 5000 kubmetr əvəzsiz qazın verilməsi təmin edilib.
Ruslan Əliyev “Azəristilik” ASC-nin Birliyə olan borcundan da danışıb. Bildirib ki, Səhmdar Cəmiyyətin debitor borcunu ödəməməsi işçi heyətinin məvacibinin verilməsi də daxil olmaqla bir sıra məsələlərə təsirsiz ötüşmür.