Neftimiz 5 dollar bahalaşdı

Dünya bazarında “Azeri Light” (CİF) markalı nefti bahalaşıb.

İndex.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,11 ABŞ dollar və ya 4,46% artaraq 119,72 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.