“Baku Steel Construction” ASC 2021-ci ili də zərərlə tamamlayıb.
İndex.az bu barədə şirkətin ilik maliyyə hesabatına istinadən xəbər verir.
Qeyd edilir ki, şirkət 2021-ci ildə əməliyat gəlirlərindən 145 312 manat gəlir etdiyi halda, 329 057 min manatlıq inzibati xərcləri olub.
Bununla da onun zərəri 172 745 manat olmuşdur. Öncəki ildəki zərəri 98 216 manat idi.
Bu zərərdən sonra onun balansındakı yığılmış zərər 4 928 286 manata yüksəlib.
Mənbə – Banker