“Azərtəkrarqarametal” ASC 2021-ci ili 10 min 542 manat xalis zərər ilə başa vurub. ASC 2020-ci ili 17 min 504 manat xalis zərər ilə bağlamışdı.
İndex.az xəbər verir ki, 2020-ci və 2021-ci illərdə “Azərtəkrarqarametal” ASC satışdan gəlir əldə etməyib. Şirkət həm 2021-ci ildə 29 min 624 manat sair əməliyyat gəlirləri əldə edib.
31 Dekabr 2021-ci il tarixində “Azərtəkrarqarametal” ASC 1 milyon 531 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 1 milyon 533 min manat cəmi aktivlərə malik idi.
Mənbə – Marja