“Bakı Yağ Fabriki” MMC məhkəməyə verilib.
Buna səbəb fabrikin gömrük qanunvericiliyini pozmasıdır.
Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Nizami Rayon Məhkəməsinə göndərilib. İşə hakim Rauf Əhmədovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, fabrik rəhbərliyi cərimə olunacaq.
Qeyd edək ki, “Teksun”, “Final”, “Super Sun” və s. kimi tanınmış yağlar “Bakı Yağ Fabriki”ndə istehsal olunur.
Mənbə – Qafqazinfo