Bakıda 1 gecəlik qiyməti 5 min manat olan villa – FOTO

Çimərlik mövsümünün başlanması ilə əlaqədar insanlar əsasən dəniz kənarında yerləşən istirahət mərkəzlərinə üz tuturlar.

İndex.az xəbər verir ki, bu dövrdə ənənəvi istirahət mərkəzləri ilə yanaşı, villa kirayəsi də geniş yayılıb.

Hazırda Bakıda kirayəyə verilən ən bahalı villalardan biri Mərdəkanda yerləşən «Dalga Beach Aquapark Resort» mərkəzində yerləşir.

«Dalga beach presidential villa» adlanan villada gündəlik yaşamaq xərci 5000-5500 manat arasındadır.

16 nəfərlik villada 4 yataq otağı, 3 hamam, 2 cakuzi, böyük yemək otağı / dəbdəbəli qonaq otağı, 2 mətbəx, 250 kvadratmetrlik böyük terras daxildir.

Eyni zamanda villada bilyard, buxar otağı, sauna və masaj otağı, xüsusi hovuz, 6 LCD peyk televiziyası və internet və telefon var.

Qeyd edək ki, «Dalga Beach Aquapark Resort»un rəsmi internet səhifəsində villanın gündəlik icarə qiyməti 1250-1490 AZN göstərilsə də, buradan FED-az-a bildirib ki, qiymətlər 5000-5500 manat arasındadır. İstirahət mərkəzindən bildirilib ki, villa artıq 3 aylıq müddətə, yəni mövsümün sonunadək rezerv olunub və həmin müddət bitdikdən sonra növbəti yay mövsümünə kimi xidmət göstərilməyəcək.