Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
İndex.az xəbər verir ki, hərracda tələb 39 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.