Avropada qazın qiyməti 1650 dollardan aşağı düşdü

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 1 650 ABŞ dollarından aşağı enib.

İndex.az xəbər verir ki, iyulun 6-da Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) hərracların açılışında avqust fyuçerslərinin qiyməti 1 637,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.