![Qurban bayramı namazının vaxtı məlum oldu](https://index.az/wp-content/uploads/2022/07/650x344-sivas-bayram-namazi-saati-2021-sivas-kurban-bayrami-namazi-vakti-saat-kacta-1626276087213.jpeg)
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.
İndex.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tövsiyələrində deyilir.
Bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.
Qeyd olunub ki, iyul ayının 9-da məscidlərdə birgə bayram namazları qılınacaq.