Xarici ölkələrdə bu il ən çox hansı avtomobilə üstünlük verilib?

Həyatımızı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Görəsən dünya ölkələrində insanlar hansı avtomobilə üstünlük verirlər?

İndex.az olaraq bununla bağlı araşdırmanı sizə təqdim edirik:

Avstraliya – 14,718 ədəd satışla “Toyato Hilux” Avstraliyada avtomobil bazarına liderlik edir. “Mitsubishi Triton” 10,495 ədəd satışla ikinci, “Toyota RAV4” isə 10,489 ədəd satışla üçüncüdür.

Böyük Britaniya – Bu ölkədə liderliyi “Vauxhall Corsa” avtomobili əlində saxlayır. 9797 ədəd satılmış Corsanın ardından 8697 ədəd satışla “Kia Sportage” ikinci yeri tutur. “Ford Puma” 8528 ədəd satışla Britaniya üçüncüsüdür.

Almaniya – “Mercedes” və BMW markaları ilə dünyada avtomobil bazarının liderlərdən olan Almaniyada ən çox satılan avtomobil “Volkswagen”in 3 modelidir. 24,557 satışla “Golf” ciddi bir fərqlə öndədir. “Tiguan” 15,405 ədəd satışla ikinci, “T-Ros” 11,245 ədəd satışla üçüncüdür.

ABŞ – Okeanın o tayında insanların ən çox satın aldığı avtomobil 140,701 ədəd satışla “Ford F” seriasıdır. Lideri 127,116 ədəd satışla “Ram Pick-up” təqib edir. “Chevrolet Silverado” isə 118,796 ədəd satışla üçüncüdür.

Çin – Hal-hazırda şərq avtomobillərinin böyük sürətlə dünyaya yayılmasına baxmayaraq Çində ən çox satılan avtomobillər içində ilk üçlükdən ikisini qərb avtomobilləri tutur. Beləki, 89,062 ədəd sadışla “Nissan Sylphy” liderdir. İkinciliyi 77,561 ədəd satışla “Volkswagen Lavida” əlində tutur. Üçüncü isə avtomobil bazarının ən gənc isimlərindən olan “Tesla Model Y”dir. Elon Musk çinlilərə 65,700 “Tesla” sata bilib

Norveç – Bu ölkənin insanları öz vətənlərini sevdikləri üçün ən çox satılan avtomobillər içində ilk üçlüyü eliktirik mühərrikli avtomobillər tutur. 3305 ədəd satışla “Tesla Motel Y” birincidir. İkincilik “Volkswagen ID.4″ə məxsusdur. Bu avtomobil 1712 ədəd satılıb. Üçüncü yerdə 1696 ədəd satışla “Tesla Model 3″dür.

Rusiya – Şimal qonşumuzda “Kia Rio” 17,017 ədəd satışla ən çox üstünlük verilən avtomobildir. “Lada Vesta” 16,281 ədəd satışla ikinci, “Lada Granta” 15,719 ədəd satışla üçüncüdür.