Gömrük orqanlarının xətti ilə büdcəyə daxilolmalar 25% artıb

Bu ilin I yarısında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 539,7 milyon manat vəsait daxil olub.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 22,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 24,6% çoxdur.