Ödənişli xidmətlərdən büdcə daxilolmaları 34% artıb

Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 371,5 milyon manat vəsait daxil olub.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% çoxdur.

Hesaabat dövründə büdcəyə sair daxilolmalar isə 164,2 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 6,35% çoxdur.