![Azərbaycan 788 milyon manat borc qaytarıb](https://index.az/wp-content/uploads/2022/07/360_F_93250285_TOSlwlqjp9J1HIs9l5wc2vwtIznRDDnW.jpg)
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 8 714,1 milyon manatı və yaxud 67,4% cari xərclər, 3 434,8 milyon manatı və yaxud 26,5%-i əsaslı xərclər, 787,7 milyon manatı və yaxud 6,1%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,8% çox, 12,5% çox və 10,8% azdır.