Vergi orqanlarının xətti ilə büdcəyə daxilolmalar 49% artıb

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 482,1 milyon manat vəsait daxil olub.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 46,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 49,3% çoxdur.

Yarım illik daxilolmaların 4 381,3 milyon manatı və yaxud 67,6%-i qeyri-neft sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 38% çoxdur.