“Kür çayının mənsəbində sululuq son 10 ildə 45 faiz azalıb”.
İndex.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, Kür çayından ölkəyə daxil olan suyun miqdarı norma ilə müqayisədə son 10 ildə 27 faiz azalıb:
“30 dərəcədən yüksək olan günlərin sayı isə avqustda 6 dəfə, iyulda 2.4 dəfə, iyunda 12 dəfə artıb. Ümumilikdə yay aylarında 6 dəfədən çox artım qeydə alınıb”.