Azərbaycanda ən çox hotel hansı rayonlardadır?

2022-ci ilin əvvəllinə aid olan məlumata əsasən, ölkəmizdə 712 hotel və hotel tipli obyekt var. Ötən il bu obyektlərin sayı 30 ədəd artıb.

İndex.az xəbər verir ki, ölkəmizdə hotellərin yerləşməsi qeyri-bərabər paylanıb. Daxili və xarici turistləri daha çox qəbul edən rayonlarda hotellərin sayının çox olması müşahidə edilir.

Bəs, hotellər ən çox haradadır?

Rəsmi məlumatlara görə daha çox hotel Bakıda fəaliyyət göstərir. Paytaxtda 243 hotel var. Son bir ildə Bakıda hotellərin sayı 14 ədəd artıb.

Paytaxtda hotel sayına görə ilk sırada Səbail rayonu gəlir. Burada 69 hotel var.

İkinci və üçüncü sırada 45 ədəd hotellə Nərimanov və Nəsimi rayonları yer tutub.

Yasamal rayonunda 24, Xətai rayonunda 21, Nizami rayonunda 12, Binəqədi rayonunda 10 hotel var.

Bakıdan kənarda yerləşən rayonlarda ən çox hotel Xaçmazdadır. Burada 56 hotel fəaliyyət göstərir.

Masallı rayonunda 31, Qubada 27, Lənkəranda 25, Qəbələdə 23, Şamaxıda 23, İsmayıllıda 22, Qusarda 20 hotel xidmət göstərir.

Mənbə – Sfera.az