Şakir Musayevin şirkətinin 1 milyondan çox vergi borcu üzə çıxdı

Xəbər verdiyimiz kimi, “Beynəlxalq Lizinq” QSC  Musayev Şakir Musa oğlunu və  sədri olduğu “İnter Textile” ASC-ni məhkəməyə verib.  İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və  lizinq müqaviləsi üzrə mübahisələridir.

İndex.az 32gun.az-a istinadən xəbər verir ki, məhkəməlik olan “İnter Textile” ASC-nin dövlətə  külli miqdarda borcu üzə çıxıb. Belə ki, sözü gedən şirkətin 1 milyon manatdan çox (1232677.92 AZN) vergi borcu yaranıb.

Məlumat üçün bildirək ki,  nizamnamə kapitalı 1 milyon 530 min manat (1530434AZN) olan “İnter Textile” ASC- nin qanuni təmsilçi Musayev Şakir Musa oğludur.

“İnter Textile” ASC  20.12.2000 Dövlət qeydiyyatına alınıb.

Məhkməyə müraciət edən tərəf “Beynəlxalq Lizinq” QSC-nin nizamnamə kapitalı 1 milyon 260 min AZN-dir və qanuni təmsilçi Vüqar Bədəlov Şakir oğludur.

Mətbuatda gedən məlumatlara görə, məhkəmə “Inter Textile”nin Azərbaycan Beynəlxalq Bankının sabiq idarə heyətinin sədri Cahangir Hacıyevin biznes-şəbəkəsinə daxil olub.  ASC-nin idarə heyətinin sədri Şakir Musayev Cahangir Hacıyevin rəhbərlik etdiyi qruplaşmanın üzvü olub.