“Baku Steel Company”nin ixrac gəlirləri 4 milyon manatadək azalıb

Bu ilin yanvar-may aylarında “Baku Steel Company” MMC 12,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 milyon ABŞ dolları və yaxud 24,1 % azdır.

Xatırladaq ki, “Baku Steel Company” Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan poladəritmə müəssisəsidir. Zavodda müxtəlif markalı polad pəstahlar, armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına şveller, künclük, ikitavr və katanka daxildir.

Müəssisənin poladəritmə üzrə ümumi istehsal gücü 1,1 mln. tona çatdırılıb. Şirkət Rusiya, Gürcüstan və digər ölkələrə məhsullarını ixrac edir.