Rusiyanın “Qazprom” şirkəti 2022-ci ilin ilk altı ayında 238,4 mlrd. kubmetr qaz hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% azdır.
İndex.az xəbər verir ki, bu barədə “Qazprom” öz “Telegram” kanalında paylaşım edib.
“2022-ci ilin yanvar-iyun aylarında “Qazprom” ilkin məlumatlara görə, 238,4 mlrd. kubmetr qaz hasil edib. Bu, ötən illə müqayisədə 8,6% (22,4 mlrd. kubmetr) azdır”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, 2021-ci ildə şirkət 514,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 62,2 mlrd. kubmetr çoxdur. Bu, son 13 ilin ən yüksək göstəricisi olub.