İKZF 25 milyon manatlıq borca girib

İyunun 30-da İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

İndex.az xəbər verir ki, bu barədə Bakı Fond Birjasından bildirilib.

Məlumata görə, İKZF-nin 25 milyon manat həcmində ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Qeyd edək ki, hərrac qiyməti min manat olan istiqrazların tədavül müddəti 7200 gün, təklif edilən illik faiz dərəcəsi isə 3,25%-dir.

İstiqrazların ödəmə tarixi 17 mart 2042-ci ildir.

Mənbə – APA