Bələdiyyələrin 66%-i auditdən keçməyib

2021-ci ildə Azərbaycanda məcburi audit subyekti olan 55 siyasi partiya olub.

İndex.az xəbər verir ki, bu barədə Auditorlar Palatasından bildirilib.

Məlumata görə, onlardan 32-si və yaxud 58,2%-i auditdən keçməyib.

Bundan başqa, ötən il ölkədə məcburi audit subyekti olan 1 608 bələdiyyə olub. Onlardan isə 1 065-i və yaxud 66%-i auditdən keçməyib.