Bu ayın əvvəlinə olan məlumata görə Azərbaycanda banklar tərəfindən verilən kreditlərin ümumi həcmi 18 milyard 98 milyon 276 min manat olub.
İndex.az Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, verilən kreditlərin 77,8%-i və ya 14 milyard 75 milyon 65 min manatı paytaxt Bakının payına düşüb.
Bakıdan sonra ən çox kredit Abşeron-Xızı iqtisadi rayonunda (Abşeron, Xızı rayonları və Sumqayıt şəhəri) verilib. Bu rayonlarda 688 milyon 806 min manat kredit verilib.
İyun ayının əvvəlinə olan məlumata görə Şərqi Zəngəzur iqtisadi rayonuna kredit verilməyib.
İqtisadi rayonlar üzrə verilən kredit və orta faiz dərəcələri aşağıdakı kimi olub:
İqtisadi rayonlar | Rayon və şəhərlər | Verilən kredit | Faiz dərəcəsi |
Bakı | Bakı | 14 075 065 azn | 10,44 % |
Naxçıvan |
Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları |
282 219 | 12,98 |
Abşeron–Xızı |
Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları |
688 806 azn | 15,29 % |
Dağlıq Şirvan |
Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları |
112 029 azn | 19,7 % |
Gəncə–Daşkəsən |
Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları |
541 070 azn | 16,4 % |
Qarabağ |
Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları |
287 722 azn | 18,95 % |
Qazax–Tovuz |
Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları |
300 456 azn | 18,47 % |
Quba–Xaçmaz |
Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları |
307 878 azn | 16,89 % |
Lənkəran–Astara |
Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları |
391 140 azn | 18,79 % |
Mərkəzi Aran |
Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları |
352 573 azn | 18,33 % |
Mil–Muğan |
Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları |
184 570 azn | 19,24 % |
Şəki–Zaqatala |
Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları |
296 603 azn | 16,76 % |
Şərqi Zəngəzur |
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları |
– | – |
Şirvan–Salyan |
Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları |
278 147 azn | 19,07 % |