Bu ölkə rusiyalı oliqarxların 30 milyard dollarlıq aktivlərini dondurdu

ABŞ rusiyalı oliqarxların 30 milyard dollarlıq aktivlərinin dondurulduğunu açıqlayıb.

İndex.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, REPO İşçi Qrupunun ilk 100 günündə sanksiyaya məruz qalan rus oliqarxlarına məxsus 30 milyard dollarlıq aktivlər bloklanıb və ya dondurulub. Açıqlamada həmçinin qeyd olunub ki, ruslara məxsus yaxtalara və lüks daşınmaz əmlaka da həbs qoyulub.