![SOCAR Gürcüstana 1.5 milyard dollar yatırım edib](https://index.az/wp-content/uploads/2022/06/im-19725.jpg)
SOCAR Gürcüstana indiyə qədər 1.5 milyard dollar yatırım edib.
İndex.az xəbər verir ki, bunu Azərbaycan-Gürcüstan Biznes Forumunda Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov deyib.
O bildirib ki, ümumilikdə indiyə qədər Azərbaycan şirkətlərinin Gürcüstana investisiyalarının həcmi 3.5 milyard dollardan çox olub.