“Hyundai” yeni elektrikli sedanını təqdim etdi – FOTO 

Cənubi Koreyanın “Hyundai Motor” şirkəti yeni  Ioniq 6 sedanını təqdim edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Avtomobil Hyundai E-GMP EV platforması əsasında işləyir və Ioniq 5 ilə analoji xarakterik xüsusiyyətlə malikdir.

Ioniq 6 sedanının 77.4 kVt/s tutumlu akkumulyator alacağı, iki elektrik mühərrikinin ümumi gücünün isə təxminən 300 at gücü olacağı gözlənilir. Yeniliyin təqdimatı iyul ayında planlaşdırılır.

“Hyundai” avtomobilin digər texniki xüsusiyyətlərini və qiymətini təqdimatda açıqlayacağını deyib.