Neftin qiymətinə limit qoyula bilər

Fransa dünyadakı bütün neft ölkələri üçün neftin qiymətinə limit qoyulması təklifi ilə çıxış edib.

İndex.az xəbər verir ki, AFR-in Yelisey sarayına istinadən yaydığı məlumatda deyilir.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Rusiyadan alınan neftin qiymətinə limit qoyulmasını təklif etmişdi. Təklifin mahiyyəti ondan ibarətdir ki, Rusiya nefti müəyyən məbləğdən yuxarı qiymətə satılmasın.

Fransa isə bu təklifin bütün neft ölkələrinə tətbiq edilməsini istəyir.

«Fransa Rusiya nefti ilə bağlı ABŞ-ın təklifinə etiraz etmir, amma Fransa üçün daha effektiv olardı ki, neftin qiyməti üçün limit bütün neft ölkələrinə tətbiq edilsin»-deyə Fransa prezidentinin ofisindən bildirilib.

Agentlikdə bildirirlər ki, bu təklif dünya bazarında neftin sürətli bahalaşmasının qarşısını ala bilər, şansı ki, Ukraynadakı müharibədən sonra daha da sürətlənib.

Qeyd edək ki, bəzi ekspertlər neftin qiymətinə limit qoyulması ilə bağlı planın baş tutacağına şübhə ediblər. Kil Dünya İqtisadiyyatı institutunun eksperti Aleksandr Sandkamp bildirib ki, Rusiya neftinə qiymət limiti qoyulması yalnız o zaman mümkün ola bilər ki, onu bütün əsas alıcılar – o cümlədən Hindistan, Çin və İndoneziya da dəstəkləsinlər.