AAYDA-nın ötənilki büdcəsi 2 milyard manatdan çox olub

2021-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gəlirləri və xərcləri 2 001,52 milyon manat təşkil edib.

İndex.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 81% çoxdur.

Bu il yanvarın 1-nə AAYDA-nın aktivləri 22 556,441 milyon manat olub ki, bu da illik müqayisədə 8,2% çoxdur.