![Deputat: “Müharibə veteranlarının təqaüdü 130 manat olsun”](https://index.az/wp-content/uploads/2022/06/1193941_vr26zlwk7w.jpg)
“Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhidlərin ailələri və qazilərə fərq qoymamalıyıq”.
İndex.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O təklif edib ki, bütün müharibə veteranlarının aylıq təqaüdü artırılsın:
“Veteranların müavinəti 80 manatdan 130 manata çatdırılmalıdır. Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər”.