Bu bankın əmlakı 20 milyon manata satışa çıxarılır

06 iyul 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

İndex.az xəbər verir ki, daşınmaz əmlak, Bakı şəhəri, Xətai rayonu, 1168-ci məhəllə, Xocalı prospekti 45A ünvanında 0.19 ha torpaq sahəsində yerləşən (ü/s 9624,7 kv.m) qeyri-yaşayış binasıdır. 

Daşınmaz əmlakın ilkin satış qiyməti 20 000 000 manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)