Türkiyədə 1 milyard dollarlıq neft yatağı aşkarlandı

“Adanada neft axtarışı işləri apararaq qazdığımız iki quyuda yüksək keyfiyyətli neft aşkarlamışıq. Yataqdakı ehtiyat təxminən 1 milyard dollar qiymətləndirilib”.

Index.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra açıqlamasında bildirib.

Bunu da oxu: Kəlbəcərdə yeni zavod tikilir

Gündəlikdə duran digər məsələlər barədə danışan dövlət başçısı, inflyasiyaya qarşı tədbirlər, əməkhaqqının artırılması, terrorçuluqla mübarizə məsələsinə toxunaraq bildirib ki, NATO dövlət başçılarının İspaniyada keçiriləcək zirvə görüşündə PKK/YPG, FETÖ kimi terror təşkilatlara münasibətdəki riyakarlığa dair dəlillər faktlar əsasında tərəflərə təqdim olunacaq.