Sabah çimərliklərdə hava necə olacaq?

İyunun 26-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən İndex.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.