“Azərsu” bu şirkətlərə 14 milyon manat ödəyəcək

“Azərsu” ASC “Qala və Mərdəkan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması” ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

İndex.az xəbər verir ki, qalib şirkət “Protean Construction” ASC-dir. “Azərsu” qalib şirkət ilə məbləği 9 milyon 20 min manat olan müqavilə imzalayıb.

Həmçinin”Azərsu” ASC “Buzovna və Maştağa qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması” ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb Bu tenderin qalibi “Araz İnşaatçı” MMC ilə məbləği 5 milyon 511 min manat olan müqavilə imzalanıb.