“Qarabağ” 1 milyon dollara futbolçu transfer edib

“Qarabağ” Braziliyanın “Nautiko” klubunun futbolçusu Rhaldneylə anlaşıb.

İndex.az ne45.com.br” saytına istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən “köhlən atlar”a qoşulacaq.

Ağdam klubunun “sambaçı” üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Arxa xətt oyunçusunun “Nautiko” ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Raldney indiyədək yalnız Braziliya klublarında çıxış edib.