Rusiya 47 ton pomidoru Azərbaycana geri göndərdi

Azərbaycandan Rusiyanın Həştərxan vilayətinə göndərilən pomidorlarda qonur qırışıqlıq virusu (Tobamovirus ToBRFV) aşkar olunub.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) idarəsinin həyata keçirdiyi fitosanitar nəzarət zamanı Azərbaycandan göndərilən sözügedən pomidor partiyasında virus aşkarlanıb.

Nəticədə 47 tonluq pomidor partiyası ölkəyə geri göndərilib