“Toyota” istehsal etdiyi elektromobilləri geri çağırır

“Toyota Motors” şirkəti təkərlərin hərəkət zamanı çıxması təhlükəsi səbəbindən kütləvi şəkildə istehsal etdiyi elektrikli avtomobillərini geri çağırmağa məcbur olub.

İndex.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bildirilir ki, söhbət may ayında istehsal olunmağa başlayan “bZ4X” modelindən gedir. Şirkət təkər gövdəsinin boltlarında problem aşkar edib. Onun sözlərinə görə, sərt dönmələr və ya qəfil saxlamalar nəticəsində təkərlər yerindən çıxa bilər.

Ümumilikdə, “Toyota” dünya üzrə bu markalı 2.7 minə yaxın elektromobili geri çağıracaq. Bunlardan 2.2 mini Avropa, 260-a yaxını ABŞ, 112-si isə Yaponiya bazarının payına düşür.