Rusiya Bankının xarici valyuta ehtiyatları 12 milyard dollar “əridi”

Rusiya Mərkəzi Bankın (Rusiya Bankı) xarici valyuta ehtiyatlarında azalma başlayıb.

İndex.az bu barədə Rusiya Bankının açıqlamasına istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın xarici valyuta ehtiyatları son həftə ərzində 12.3 mlrd. dollar, yaxud 2.1 faiz azalaraq 582.3 mlrd. dollara düşüb.