Binəqədi və Nərimanovda su kəsilib – Qəza olub

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

İndex.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.