Azərbaycan Rumıniyaya 125 milyon dollar investisiya yatırıb

“Azərbaycan Rumıniyaya 125 milyon dollar investisiya yatırıb”.

İndex.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rumıniya şirkətləri isə bu müddət ərzində Azərbaycana 30 milyon dollar investisiya qoyub:

“Lakin cari iqtisadi əlaqələr ölkələrimiz arasında potensial imkanları tam əks etdirmir”.