Səfər Mehdiyev niyə istefa vermir?

“Gömrük xidməti general-mayoru, Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” birliyinin sabiq direktoru Ehtiram Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ehtiram Xəlilov 2 gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılmışdı. General Xəlilov 200 min manatdan artıq məbləğdə rüşvət almaqda və bir sıra digər cinayətlər törətməkdə ittiham olunur. Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev açıqlamalarının birində “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” demişdi”.

İndex.az xəbər verir ki, bunu ekspert Qubad İbadoğlu bildirib.

“Gömrük general-mayoru Ehtiram Xəlilovdan əvvəl DGK-nin bir sıra işçiləri də korrupsiya ittihamı ilə həbs olunub, amma gömrük xidməti general-polkovniki Səfər Mehdiyev hələ də iş başındadır” – Q.İbadoğlu qeyd edib.