![Əhalinin banklardakı əmanətləri 23%-ə yaxın artıb](https://index.az/wp-content/uploads/2022/06/shutterstock_614911946-1-scaled-1.jpg)
Bu ilin yanvar-may aylarında Azərbaycanda əhalinin banklardakı əmanətləri 10,593 milyard manata çatıb.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm, 2022-ci ilin dörd ayı ilə müqayisədə 0,7%, ötən ilin eyni dövrünə nisbətən isə 22,6% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin eyni dövründa əhalinin banklardakı depozitlərinin həcmi 8,635 milyard manat təşkil edib.
Mənbə – Apa