Bank sektorunun xalis mənfəəti 21%-dən çox artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 331,5 milyon manat məbləğində xalis mənfəət əldə edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur.