MİDA güzəştli mənzillər üçün 9 milyon manat ayırdı

“MİDA” MMC Enerji Qrup MMC,Yar İnşaat Təmir Tikinti MMC konsorsium ilə 9 milyon manatlıq müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə çoxmənzilli yaşayış binalarının sahəxarici və sahədaxili kommunikasiya (elektrik təchizatı və su-kanalizasiya) şəbəkəsinin tikintisi, ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 9 013 889 manatdır.