“Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəli törəməsi “Buta Airways” gələn ay Bakıdan Moskva ətrafı “Jukovski” hava limanına uçuşları bərpa edəcək.
Index.az “Buta Airways”ə istinadən xəbər verir ki, aviareyslər iyulun 1-dən həftədə iki dəfə – cümə və bazar günləri həyata keçiriləcək.
“Buta Airways”in Bakıdan Rusiyanın şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) və Ufa (cümə axşamı və bazar günləri) şəhərləri daxildir. Biletlər aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, həmçinin aviaşirkətin rəsmi www.butaairways.az saytında satışdadır.
Rusiyaya səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar:
https://www.butaairways.az/az/covid/russia
Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:
https://www.butaairways.az/az/covid/azerbaijan.