“Azərsun Holdinq”in iki şirkəti qanunu pozub

“Azərbaycan Duz İstehsalat Birliyi” və düyü bazarı üzrə fəliyyətləri yoxlanılan “SUN FOOD” MMC, “Xudafərin-1” MMC, “Qida XXI” MMC, “Elsaan Group” MMC, “VEYSƏLOĞLU” MMC və “Babək” firması barəsində iş qaldırılıb.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, şirkətlər “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin və 10-cu maddəsinin 1-ci və 2-ci bəndinin tələblərini pozub.

Qeyd edək ki, işə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84 (Hökumət evi, V qapı), İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, otaq 1002) ünvanında baxılacaq.

Xatırladaq ki, “Azərbaycan Duz İstehsalat Birliyi” və “SUN FOOD” MMC “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərir.