Çin bu avtomobillərə qadağa qoydu

Çin “Tesla” avtomobillərinə qadağa qoyub.

İndex.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, ilk olaraq qadağa Çendu şəhərində tətbiq olunub. Belə qadağaya səbəbə hər il bu kurort şəhərində keçirilən tədbir olub. Çin hökuməti belə avtomobillərin bölgədə qalmasını ən azı 2 ay məhdudlaşdırmaq qərarına gəlib.

Şəbəkədə Çin polisinin Tesla avtomobillərini müəyyən ərazilərdən zorla geri çəkdiyi videolar görünməyə başlayıb. Qərb nəşrlərinin mənbələrinin izah etdiyi kimi, belə bir qərarın səbəbi “dövlət işləridir”.

Keçən il Çin casusluq etmək üçün istifadə olunacağından qorxduğu üçün “Tesla” avtomobillərinin hərbi bazalara idxalına qadağa qoyub.