“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Qubada keçiriləcək

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində bu dəfə “Səyyar qəbul otağ”ı Quba rayonu, Xanagahyolu kəndində təşkil olunacaq.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki,  iyunun 24-də saat 11:00-dan 12:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.