İki illik COVID-19 pandemiyasından sonra əcnəbi zəvvarları qəbul edən Səudiyyə Ərəbistanı Həcc ziyarətində yeni qaydaları açıqlayıb.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin yaydığı məlumata görə, Həcərül Əsvəd (Qara daş) ilə Kəbə qapısı arasındakı “mültəzəm” və ya “İbrahim məqamı” deyilən yerdə baryerlər qoyulur.
Bu səbəbdən əvvəllər Kəbənin divarlarına sifətlərini toxunduraraq dua edən zəvvarlar bunu edə bilməyəcək. Yeni qaydaların gigiyenik tədbirlər çərçivəsində qoyulduğu bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyulun 7-dən 12-dək keçiriləcək Həcc ziyarətində iştirak edəcək zəvvarları qəbul edir.