Qızıl istehsalımız azaldı

Bu  ilin yanvar-may aylarında Azərbaycanda 1 116,7 kiloqram qızıl istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,7% azdır.

Bu dövrdə gümüş istehsalı 21% artaraq 2494,9 kiloqrama bərabər olub.

Ümumilikdə qiymətli metal filizləri və konsentratlarının istehsalı 3% artaraq 3611,6 kiloqram təşkil edib.