
Azərbaycan Mərkəzi Bankı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə bağlı məhkəməyə müraciət edib.
Prvavda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bank Bakı İnzibati Məhkəməsinə üz tutub.
Belə ki, Mərkəzi Bank qeyri-yaşayış sahəsi üzrə tələb irəli sürüb.
İddia hakim Orxan Həsənovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.